Ən yaxşı ev hansıdır?


Digərləri 12 İyl 2020 19:10:00 163 0

Ən yaxşı ev hansıdır?

Əziz Peyğəmbərimiz (s) həmişə yetimlərə qarşı şəfqətli və mehriban olmuş, öz buyuruşlarında davamçılarını da bu əmələ dəvət etmişdir.

Həzrət Peyğəmbərin (s) nəzərində ən yaxşı ev o evdir ki, orada yetimə məhəbbət olunar.

Həzrət (s) buyurur: "Sizlərin ən yaxşı evi - o evdir ki, orada yetim ehsana və məhəbbətə malik olar. Ən pis ev isə o evdir ki, orada yetimə pis rəftar edilər və zülm edilər".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "O kəs ki, evində yetim saxlayar, onun tərbiyəsi üçün uşaqlıq işləri bitənə qədər hərtərəfli çalışar - Allah Təala behişti ona vacib edər".

Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, yetimin himayəsini öhdəsinə götürər və onu öz evinə aparar, yeyəcək və içəcəklərdə öz şəriki edər - onun mükafatı behişt olar. Məgər o halda ki, bağışlanılmayan günaha düçar olmazsa".