İtaliya klubunda koronavirus şoku


Dünya 12 İyl 2020 18:50:00 146 0

İtaliya klubunda koronavirus şoku

İtaliyanın "Parma" klubunun bir üzvü koronavirusa yoluxub.

Son.az goal.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə klubun bir əməkdaşının koronavirus testinin müsbət nəticə verdiyi bildirilib. Adı açıqlanmayan həmin şəxsin müalicəsinə başlanılıb.

Qeyd edək ki, bu, A Seriyasının bərpasından sonra klublarda qeydə alınan ilk yoluxma halıdı.