Daha 235 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə olunub
Digərləri 12 İyl 2020 18:38:00 135 0
Bu gün daha 235 nəfər Rusiyadan Azərbaycana təxliyə olunub.
Son.az APA-ya istinadən bildirir ki, bu gün Moskvanın "Domodedovo" hava limanında 235 Azərbaycan vətəndaşı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) Bakı-Moskva-Bakı reysi ilə vətənə yola salınıb.
Yerli vaxtla saat 16.00-da Moskvadan havaya qalxan təyyarə saat 20.00-da Bakının Heydər Əliyev adına Beynəlxalq Hava limanına enəcək.
Mənbə: milli.az