Koronavirusa yoluxan oğlunu öldürən futbolçu bəraət istəyir


Dünya 12 İyl 2020 18:24:00 175 0

Koronavirusa yoluxan oğlunu öldürən futbolçu bəraət istəyir

5 yaşlı oğlunu boğub öldürməkdə günahlandırılan "Super Liqa"nın keçmiş oyunçusu Cevher Toktaş sərbəst buraxılmasını istəyir.

Son.az musavat.com-a istinadən bildirir ki, futbolçunun vəkilləri bildiriblər ki, o, oğlunun ölümündən sonra psixoloji sarsıntı keçirib. Məhz bu səbəbdən də ifadəsində  oğlunu öldürdüyünü söyləyib. Bütün bu hadisələrdən sonra Bursa məhkəməsi Cevher Toktaşın müraciətinə yenidən baxıb və onun sərbəst buraxılması ilə bağlı istəyini rədd edib.

Xatırladaq ki, aprelin 23-də Cevher Toktaş yüksək qızdırma və öskürək simptomları ilə 5 yaşlı oğlu Kasım Toktaşı xəstəxanaya gətirib. Müayinədən sonra uşaqda koronavirus şübhəsi olduğu bildirilib. Oğlunun yanında qalan Cevher həmin gün palatadan çıxaraq, həkimlərə oğlunun vəziyyətinin pisləşdiyini deyib. Uşaq dərhal reanimasiya şöbəsinə aparılıb. Lakin saat yarımlıq cəhdlərə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Ölüm protokolunda uşağın "nəfəs çatışmazlığı" ilə dünyasını dəyişdiyi qeyd olunub və bir gün sonra uşaq dəfn edilib. Lakin sonradan uşağın öldürülməsi faktı ortaya çıxıb. Belə ki, mayın 4-də polis bölməsinə çağırılan futbolçu öz oğlunu öldürdüyünü etiraf edib. Cevher xəstəxanada əsəb gərginliyi keçirdiyini və oğlunu sevmədiyi üçün onu öldürdüyünü deyib: "15 dəqiqə yastıqla oğlumu boğdum. Oğlum çırpınırdı. Ancaq o ölənə qədər yastığı oğlumun ağzına basmaqda davam etdim".