Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü


Dünya 12 İyl 2020 18:11:00 163 0

Meksikada koronavirusa yoluxanların sayı 295,2 mini ötdü

Son sutka Meksikada koronavirusa 6 094 yoluxma aşkarlanıb.

Son.az musavat.com-a istinadən bildirir ki, ölkədə bununla da koronavirusa yoluxanların ümumi sayı 295 268 nəfərə yüksəlib.

Meksikada pandemiya qurbanlarının sayı artaraq 34 370 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.