XİN Hafiz Paşayevə həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib
Digərləri 12 İyl 2020 16:54:00 178 0
Azərbaycan Xarici İşlər Nazirliyi Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşının vəfatı ilə bağlı başsağlığı verib.
Son.az Trend-ə istinadən bildirir ki, başsağlığında deyilir:
"Azərbaycan Resbublikasının Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayevanın dünyasını dəyişməsi ilə bağlı XİN kollektivi adından dərin hüznlə başsağlığı bildiririk".
Allah rəhmət eləsin!
Mənbə: milli.az