Qanunsuz fəaliyyət göstərən kafe aşkar edildi


Digərləri 12 İyl 2020 16:41:00 175 0

Qanunsuz fəaliyyət göstərən kafe aşkar edildi

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kafe aşkar olunub.

DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan Son.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafenin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.