Ermənilər Tovuz istiqamətində təxribata əl atdılar: hazırda döyüş gedir


Siyasət 12 İyl 2020 16:23:00 461 0

Ermənilər Tovuz istiqamətində təxribata əl atdılar: hazırda döyüş gedir

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.