“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil”


Digərləri 12 İyl 2020 15:43:00 151 0

“Sosial şəbəkələrdəki görüntülər Hacıkəndə aid deyil”

Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında Hacıkəndə aid edilən sel görüntüləri həqiqətə uyğun deyil.

Son.az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, sözügedən hadisə Dağıstanda keçən il qeydə alınıb:

"İylun 11-i və 12-nə keçən gecə və səhər saatlarında ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində əksər rayonlarda hava şəraiti yağışlı keçib, şimşək çaxıb, respublikanın dağlıq və dağətəyi rayonlarında Böyük Qafqazda və Kiçik Qafqazda yağıntılar leysan xarakterli intensiv olub. Nəticədə bəzi ərazilərdə sel hadisəsi qeydə alınıb. Ayın 8-i və 10-da gözlənilən intensiv yağışlar və sel hadisəsi haqqında xəbərdalıq edilmişdi.

Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında Hacıkəndə aid edilən olunan sel görüntüləri həqiqətə uyğun deyil. Bu hadisə 2019-cu ildə Dağıstanda olan çəkilişlərdir. Respublikanın rayonlarında qeydə alınan sel hadisələri keçən il Şimali Qafqazda olan hadisədən xeyli zəif olub. Belə bir proseslər Böyük Qafqaz sıra dağlarından aşarkən bir qədər intensivliyini itirir və xoşbəxtlikdən Azərbaycanda belə hadisələr Şimali Qafqaz və Rusiyanın cənubunda olan meteoroloji hadisələrlə müqayisədə bir qədər zəif keçir".