Ekspress avtobuslar dayanacaqlarda saxlamayacaq FOTO


Digərləri 12 İyl 2020 15:49:00 166 0

Ekspress avtobuslar dayanacaqlarda saxlamayacaq  FOTO

Ekspres xətlər üzrə avrobuslar üçün yeni müvəqqəti dayanacaq məntəqələri müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, ekspres xətlər üzrə avtobuslar müntəzəm xətlər üçün müəyyən edilən daimi dayanacaq məntəqələrindən bir qədər aralıda dayanacaq.

Artıq bununla bağlı ərazidə müvafiq işlər görülüb, nişanlar qoyulub. Məqsəd dayanacaq məntəqələrində sərnişinlər arasında sosial məsafənin qorunmasını təmin etməkdir.