İranda daha 194 nəfər koronavirusdan öldü


Dünya 12 İyl 2020 15:36:00 161 0

İranda daha 194 nəfər koronavirusdan öldü

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 194 nəfər vəfat edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

İranda koronavirusdan ölənlərin sayı 12829 nəfərə çatıb. Ölkədə son sutka ərzində koronavirusa 2186  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 257303 nəfərə çatıb. İndiyədək xəstəlikdən 219993  nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3359 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.