Ermənistan klubunda koronavirusa kütləvi yoluxma


Dünya 12 İyl 2020 14:53:00 167 0

Ermənistan klubunda koronavirusa kütləvi yoluxma

Ermənistanın "Lori" klubunda koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.

Son.az goal.az-a istinadən xəbər verir ki, komandanın 17 üzvündə infeksiya aşkarlanıb.

Yoluxanlar arasında futbolçu və məşqçilərlə yanaşı, texniki heyətin əməkdaşları da var. Onların adları açıqlanmayıb. Bütün komandanın təcrid olunduğu bildirilib.