Nəzakət Teymurova koronavirusa yoluxdu FOTO


Şou-biznes 12 İyl 2020 14:09:00 179 0

Nəzakət Teymurova koronavirusa yoluxdu  FOTO

Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib. O bildirib ki, xanəndənin vəziyyəti ağırdır:

"Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir və bizim medianın da gözündən heç nə yayınmır. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib".