ATƏTin Baş katibinin səlahiyyət müddəti uzadılmayıb


Dünya 12 İyl 2020 13:41:00 182 0

ATƏTin Baş katibinin səlahiyyət müddəti uzadılmayıb

ATƏT-in Baş katibi Tomas Qreminqerin səlahiyyət müddəti uzadılmayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı İsveçrə mətbuatı yayıb.

İsveçrə Teleradiosunun (SRF) yaydığı məlumata görə, Vyanada keçirilən iclasda təşkilata üzv olan 57 dövlətin nümayəndələri isveçrəli diplomatın səlahiyyət müddətinin uzadılması barədə konsensusa gələ bilməyiblər. Əslində Baş katib və digər təsisat rəhbərlərinin səlahiyyət müddətinin uzadılması gözlənilsə də, iclasda Fransa, Kanada, Norveç və İslandiyanın təmsilçiləri Tomas Qreminqerin növbəti müddətə bu vəzifəni icra etməsinə qarşı çıxıblar.

ATƏT katibliyi iyulun 11-də İsveçrənin SDA agentliyinin bu barədə sorğusunu da təsdiqləyib. Bununla da T.Qreminqerin səlahiyyətləri iyulun 18-də başa çatmalıdır. O, bu vəzifəni 2017-ci ilin iyul ayından icra edirdi.