Ötən gün Avropada koronavirusdan 462 nəfər ölüb


Dünya 12 İyl 2020 13:47:00 154 0

Ötən gün Avropada koronavirusdan 462 nəfər ölüb

Ötən gün Avropada 12 min 813 nəfər koronavirusa yoluxub, 462 nəfər isə bu virus səbəbindən dünyasını dəyişib. 

Son.az musavat.com-a istinadən bildirir ki, Avropada koronavirusa yoluxanların ümumi sayına görə ilk sırada Rusiya gəlir. 

Belə ki, ötən gün Rusiyada 6 min 611 nəfər koronavirusa yoluxub, 188 nəfər isə bu virusdan dünyasını dəyişib. Ümumilikdə İspaniyada indiyədək 245 min 567 nəfər koronavirusa yoluxan, 276 nəfər isə bu virusdan ölən var.

Bu zamana qədər Avropada 2 milyon 559 min 712 nəfər Covid-19-a yoluxub, 196 min 338 nəfər isə bu virusdan dünyasını dəyişib.