Rusiyada daha 6615 nəfər COVID19a yoluxub


Dünya 12 İyl 2020 13:36:00 159 0

Rusiyada daha 6615 nəfər COVID19a yoluxub

Rusiyada son sutka ərzində daha 6615 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az APA-ya istinadən bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 727 162 nəfərə çatıb.

Son sutka ərzində 130 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 335 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 501 061 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü sırada qərarlaşıb.