Çində zəlzələ olub


Dünya 12 İyl 2020 11:35:00 194 0

Çində zəlzələ olub

Çinin şimalında yerləşən Hebey vilayətinin ərazisində 5.1 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin seysmoloji mərkəzi xəbər yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 06:38-də qeydə alınıb (02:38 GMT+4). Zəlzələnin episentri Tyanşan şəhərinin Que rayonunda, 10 kilometr dərinlikdə olub.

7.9 milyon əhalisi olan Tyanşanda dağıntılar və xasarət alanlar barədə məlumat verilməyib.