Dünya çempionu vəfat etdi


Dünya 12 İyl 2020 11:24:00 164 0

Dünya çempionu vəfat etdi

İngiltərə millisinin və "Lids" klubunun sabiq futbolçusu Cek Çarlton vəfat edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Keçmiş müdafiəçi 85 yaşında ölüb.

Karyerası ərzində yalnız bir klubun - "Lids"in şərəfini qoruyan Çarlton komandanın heyətində 772 oyun keçirib. O, İngiltərə millisinin heyətində 1966-cı ildə keçirilən dünya çempionatının qalibi olub.