Qırğızıstanda zəlzələ olub


Dünya 12 İyl 2020 11:02:00 157 0

Qırğızıstanda zəlzələ olub

Qazaxıstanın Almatı şəhərindən 260 kilometr məsafəsində 4,8 bal gücundə zəlzələ baş verib.

Trend-in Kazinform-a istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla saat 06:28 qeydə alınıb. Yeraltı təkanların episentri Almatı şəhərindən 260 km cənub-qərbdə Qırğızıstanın ərazisində yerləşib.

Zəlzələnin ocağı 5 kilometr dərinlikdə yerləşib. Təkanlar hiss olunmayib.