Bakıda kişini həyətlərində bıçaqladılar


Kriminal 12 İyl 2020 10:23:00 175 0

Bakıda kişini həyətlərində bıçaqladılar

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Qəribov Yaşar Ayəddin oğlu yaşadığı evin həyətində tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.