ABŞda sutkada 71 mindən çox insan koronavirusa yoluxub


Dünya 12 İyl 2020 09:55:00 168 0

ABŞda sutkada 71 mindən çox insan koronavirusa yoluxub

ABŞ-da qeydə alınan koronavirus yoluxma hallarının sayı 71 mini keçdi.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Bloomberg biznes xəbərlər agentliyi Con Hopkins Universitetinə istinadən bildirib.

Məlumata əsasən, ABŞ-da son sutka ərzində 71,389 yeni yoluxma halı aşkar edilib.

Beləliklə, yoluxanların sayında artım əvvəlki günlə müqayisədə 2,3% təşkil edib.