Almaniyada daha 248 nəfər koronavirusa yoluxub,


Dünya 12 İyl 2020 09:39:00 152 0

Almaniyada daha 248 nəfər koronavirusa yoluxub,

Almaniyada yeni növ koronavirus infeksiyasına (COVID-19) son sutka ərzində 248 yeni yoluxma qeydə alınıb, daha 3 nəfər bu virusun qurbanına çevrilib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin tabeliyində olan və COVID-19-la bağlı statistika aparan Robert Kox institutu məlumat yayıb.

Bundan bir gün əvvəl 378 yoluxma və 6 ölüm faktının qeydə alındığı bildirilmişdi.

İnstitutun məlumatına görə, Almaniyada ümumilikdə 198 804 nəfərdə koronavirusa yoluxma faktı təsdiqlənib, onlardan 9063-ü vəfat edib, təxminən 184,6 min insan isə müalicə olunaraq sağalıb.