Ginekoloqdan hamilələrə ÇAĞIRIŞ:


Digərləri 11 İyl 2020 23:45:00 189 0

Ginekoloqdan hamilələrə ÇAĞIRIŞ:

Koronavirusa yoluxanlar arasında hamilələr də var. Hamilələrin bir qismində isə ağırlaşmalar, COVID pnevmoniyası qeydə alınıb. Hamilələr koronavirusdan necə qorunmalıdırlar? Son.az e-tibb.az-a istinadən cərrah mama-ginekoloq, ATU-nun Ginekologiya kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Arzu İsmayılovanın hamilələrə tövsiyələrini təqdim edir:

Koronavirusun yayıldığı (COVID-19) 2019-cu ilin dekabrından bəri bu xəstəliyin ana bətnindəki uşağa keçdiyinə dair heç bir fakta rast gəlinməyib. Ümumi qiymətləndirməyə görə isə hamilə qadınlar bu virusa tutulma riski çox olanlar arasında deyil. Amma bu heç də o demək deyil ki, hamilə qadınlar virusa yoluxa bilməz. Ona görə də əvvəlcədən profilaktik tədbirlər görməkdə fayda var.

Hamilələlər respirator xətəliklərindən - qripdən qorunmalıdır. Ona görə də tədbirli davranmaq və bütün gigiyena qaydalarına həssaslıqla riayət etməlidirlər. Hər kəs kimi təməl gigiyena qaydaları hamilələr üçün də çox əhəmiyyətlidir.

Nizamlı olaraq sağlam və diqqətli qidalanmaq, riskli mühitlərdən qaçmaq lazımdır.