Meyvə xeyirlidir, amma… –


Digərləri 11 İyl 2020 23:05:00 179 0

Meyvə xeyirlidir, amma… –

Sağlam yaşamağın təməli düzgün qidalanmaqdır. Mövsümə uyğun qidalanmaq isə həmin dövrdə yarana biləcək xəstəliklərlə mübarizə üçün olduqca vacibdir.

Görəsən, dadlı yeməklərdən imtina etmədən mövsümə uyğun düzgün qidalanmaq üçün nələrə diqqət etməliyik?

Dieltoloq Şəhriyyə Əhmədovanın söylədiyinə görə, yay aylarında daha çox bol su içmək lazımdır:

"Yeməklərə gəldikdə, mövsümə uyğun tərəvəzləri qida rasionumuza daxil etməliyik. Çalışdığımız qədər ət xörəklərini günorta, daha yüngül, tərəvəzlərdən ibarət yeməkləri isə axşam istifadə edək. Gün ərzində daha çox aclıq hiss etdiyimiz vaxt, ara öyünlərdə dovğa, atlama kimi yeməklər tövsiyə olunur".