İki ilə yaxın koronavirusdan qoruyacağı bildirilən peyvəndin sınağı zamanı ağırlaşma yaranmayıb


Digərləri 11 İyl 2020 22:10:00 165 0

İki ilə yaxın koronavirusdan qoruyacağı bildirilən peyvəndin sınağı zamanı ağırlaşma yaranmayıb

Rusiyada COVID-19 peyvəndi ilə bağlı keçirilən sınaqda vaksinasiya olunan könüllülərin heç birində ağırlaşma yaranmayıb.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Burdenko Hərbi Xəstəxanasında yeni növ koronavirus peyvəndi olunmuş könüllülərdə heç bir arzuolunmaz nəticə qeydə alınmayıb.

İyunun 18-də vaksinin iki komponentindən birini qəbul edən birinci qrup könüllülər özlərini yaxşı hiss edirlər. Son iki həftə ərzində həkimlər tərəfindən ciddi bir mənfi gedişat müşahidə olunmayıb. İkinci qrup könüllülərə, peyvəndin ilk komponenti 23 iyunda vurulub. 21-ci gündə göstəricilərə görə, ikinci komponent tətbiq olunacaq. Onlar da özlərini  yaxşı hiss edirlər. Vaksinin sınaqdan keçirilməsi zamanı kəskinləşmə  və ya mənfi reaksiyalar aşkar edilməyib. Bütün könüllülər daim nəzarətdədir. Mütəxəssislər gündəlik müayinə və lazımi laboratoriya müayinələri aparırlar.

Qeyd edək ki, Rusiyada bir qədər əvvəl COVID-19-a qarşı peyvəndin sınağına start verilib. Koronavirusa qarşı peyvənd ilk dəfə Burdenko adına hospitalda 18 könüllü üzərində sınaqdan keçirilməyə başlayıb.

Rusiya Müdafiə Nazirliyi Akademik Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzi ilə birgə koronavirusa qarşı yerli istehsal olan vaksin preparatının sınağını keçirir.