Bioloji yaşı ölçə bilən göz skaneri


Digərləri 11 İyl 2020 21:50:00 165 0

Bioloji yaşı ölçə bilən göz skaneri

ABŞ alimlərin yaratdığı yeni göz skaneri, insanların bioloji yaşını təyin edə bilir. Araşdırmaçılar bu skaner sayəsində ömür boyu insanların tibbi müalicələrini təmin edə biləcəklərini düşünürlər.

Bütün insanlar qocalır, ancaq bəzi insanlar qocalmağın təsirlərini digərlərinə görə daha yavaş bir formada göstərir, bəziləri isə gəncliklərini qorumağa davam edir. Xronoloji yaşınızı soruşduğumuzda böyük ehtimal hamınız doğulduğunuz ilə görə yaşınızı söyləyə bilərsiniz. Bəs bioloji yaşınızın neçə olduğunu bilirsinizmi?

Yaşlanmaqla əlaqədar olaraq bu günə qədər çox sayda fikirlər təklif edildi və təcrübələr keçirildi. Bununla birlikdə bu günə qədər bioloji yaşlanmağı doğru şəkildə ölçə bilən bir üsul yaradılmadı.

ABŞ araşdırmaçıları, bioloji yaşlanmağı ən düzgün yol ilə müəyyən edə bilmək üçün göz bəbəyindəki zülallardan gələn spektroskopik siqnalları ölçən xüsusi göz skaneri yaratdı.

İxitranı həyta keçirən araşdırmaçılardan biri Boston Universitetinin tibb fakültəsindən Li e. Qoldştein bu barədə belə dedi: "İnsanların yaşlanma miqdarını qiymətləndirmək üçün klinik vasitələrin olmaması yaşlanma və həyat boyu sağlamlığı ən üst səviyyəyə çıxarma mövzusunda böyük bir maneə təşkil edir".