Türkiyə parlamenti vəkillərlə bağlı mübahisəli qanun qəbul edib


Dünya 11 İyl 2020 21:37:00 142 0

Türkiyə parlamenti vəkillərlə bağlı mübahisəli qanun qəbul edib

Türkiyə parlamenti vəkillər assosiasiyası sistemini dəyişən mübahisəli qanun layihəsini təsdiq edib. Bu barədə şənbə günü Anadolu xəbər agentliyi məlumat verib. Tənqidçilər bu addımın vəkillərin müstəqilliyinə hədə olduğunu deyir.

Hakim Ədalət və İnkişaf Partiyasının və millətçi MHP partiyasının dəstəklədiyi qanun hüquq müdafiəçilərinə öz ittifaqlarını qurmağa imkan verir və hər hansı ittifaqın yaranması üçün onun azı 2000 üzvü olmasını tələb edir.

AKP bu dəyişikliklər nəticəsində hüquq sahəsində rəqabətə yol açacağını desə də, vəkillər qanun layihəsinin höküməti tənqid edən bəzi ittifaqların nəzarət gücünü kəskin şəkildə zəiflədəcəyindən narahatdır.

Türkiyənin ana müxalifət partyası Türkiyənin yüksək Konstitusiya Məhkəməsinə appelyasiya şikayəti ilə müraciət edəcəyini bildirib.

Ötən həftə vəkillər etiraz olaraq paytaxt Ankaraya yürüş etmişdilər, lakin polis onların şəhərə daxil olmalarının qarşısını almışdı.