Uşaqları maskaya necə öyrətmək olar?


Digərləri 11 İyl 2020 21:10:00 151 0

Uşaqları maskaya necə öyrətmək olar?

Pandemiya dövründə virusdan qorunmaq üçün yoluxma ehtimalı olan yerlərdə uşaqların maska taxması vacib sayılır. Adətən pandemiyanın ilk dövlərindən mütəxəssislər 2 yaşdan yuxarı uşaqlara maska taxılmasını tövsiyə edirlər.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan həkim, uşaq sağlamlığı və xəstəlikləri uzmanı Ebru Gözer deyib ki, uşaqlarla yaxın təmas olduğu hallarda maska taxılmalıdır. Təkcə qapalı yerlərdə deyil, hətta açıq havada, parklarda yaxın təmas ehtimalı olduğu zaman maskadan mütləq istifadə edilməlidir. Onun sözlərinə görə, belə yerlərdə uşaqların yalnız öz oyuncaqları ilə oynamalarına şərait yaradılmalıdır. Parklarda olan ortaq oyuncaqlardan, avadanlıqlardan istifdaə olunarsa, bu zaman əl gigiyenasına diqqət olunmalı, əllərin üzə, ağıza toxunmasının qarşısını alan, baryer rolunu oynayan maskadan istifadə olunmalıdır. Ümumiyyətlə, uşaqları qapalı yerlərdən uzaq saxlamaq lazımdır.

Uşaqlarla çox sadə, onların anlayacağı dildə danışmaq, qorxutmadan anlatmaq lazımdır. Həkim deyib ki, indiki halda uşaqları parklar, gəzinti sahələrinə çıxardıqda yeyəcəkləri məhsulları evdən götürmək, yoluxmanının qarşısını almaq üçün bayırdan nəsə almamaq lazımdır.

Uşaqlara taxılan maska ağız və burunu tam örtməli, üzünə uyğun seçilməlidir. Uşaqlara maskadan düzgün istifadə, maskanı çıxarmaq qaydası öyrədilməlidir.

O bildirib ki, uşaqları maska taxmağa həvəsləndirmək üçün onların sevdiyi cizgi filmlərinin qəhrəmanlarının rəsmləri olan masakalar hazırlamaq olar. Analar buna yaradıcı yanaşaraq evdə özləri uşaqlar üçün parçadan maska hazırlaya bilərlər.