Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi


Digərləri 11 İyl 2020 20:50:00 156 0

Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi

SARS-CoV-2 koronavirusu hələ 2019-cu ilin martında Barselonanın yağış sularında mövcud olub.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu barədə Barselona Universitetinin tədqiqatçılar qrupu bildirib.

"Araşdırma nəticələri infeksiyanın dünyada ilk COVID-19-ə yoluxma hadisəsi haqqında bilinəndən daha erkən olduğunu göstərir", - deyə universitetin saytındakı məlumatda qeyd edilir.

Tədqiqat İspaniyanın virusun məzmununu müəyyənləşdirmək və vaxtında tədbirlər görmək çirkab suyun öyrənilməsi layihəsi çərçivəsində aparılır.

Barselona mütəxəssisləri müxtəlif dövrlər üçün suların tərkibini araşdırıblar. Bu halda SARS-CoV-2 genlərinin konsentrasiyası səviyyəsində əhali arasında COVID-19-a yoluxma halları dəyişikliklə aydın şəkildə uyğun gəlirdi", - deyə universitetin Biologiya fakultəsinin professoru, Virusologiya Birliyinin prezidenti Albert Bosk vurğulayıb.

Aşkar edilib ki, virus artıq 15 yanvarda sularda mövcud olub. Hərçənd koronavirusa yoluxma sonradan elan edilib.

Digər tapıntı 2019-cu ilin martı ərzində virusun sularda tapılması ilə bağlıdır.