Yeni nəsil MercedesBenz SClass modelinin təqdimat tarixi məlum olub


Digərləri 11 İyl 2020 20:30:00 153 0

Yeni nəsil MercedesBenz SClass modelinin təqdimat tarixi məlum olub

Sən demə, Mercedes-Benz şirkəti W223 kuzovuna malik olan S-Class modelinin təqdimatını bir neçə dəfə təxirə salıb. Səbəblərin arasında koronavirus pandemiyası da vardılr. Bu barədə Mercedes-Fans jurnalına, markanın inkişafı şöbəsinin müdiri Yurgen Veyssinger söyləyib.

Bununla baxmayaraq, şirkətin rəhbərliyi artıq təqdimat vaxtı ilə bağlı qərar verib: yeni platdformada inşa edilmiş, V12 mühərriki və tam ötürmə ilə təchiz ediləcək yeni nəsil S-Class sedanının təqdimatı sentyabr ayında keçiriləcəkdir. Məlum məsələdir ki, Zindelfingendə keçiriləcək təqdimat onlayn şəkildə yayımlanacaqdır.

Veissinger yeni flaqmanın yaradılmasına təxminən beş il sərf edildiyini bildirib: S-Class modelinin yeni nəsli üzərində işlərə 2015-ci ildə start verilib. Mercedes-Benz mütəxəssisləri işə, ilk növbədə, yeni platformanın yaradılması ilə başlayıblar. Çox güman ki, yeni platforma da flaqman sedanı ilə birlikdə debüt edəcəkdir. Sonradan bu platformadan daha yığcam modellərin inşasında da istifadə ediləcəkdir. Bundan başqa, Veyssinger AMG və Maybach versiyaları ilə yanaşı. sedanın standart modifikasiyaların da tam ötürmə ilə təklif ediləcəyini söyləyib.

Üstəlik, ilk dəfə olaraq, V12 mühərriki ilə birlikdə tam ötürməni də əldə etmək mümkün olacaqdır. Monumental mühərriki saxlamağa qərar verilib, ancaq bəzi məhdudiyyətlər olacaqdır. Xatırladaq ki, Mercedes-Benz şirkəti yeni mühərrikin yaradılmasına sərmayə qoymaqdan imtina edib: beləliklə, 6.0-litrlik mühərrik minimal dəyişikliklərlə yeni sedanda quraşdırılacaqdır. İkincisi, şirkətin AMG S 65 modifikasiyasından imtina etdiyini nəzərə alsaq, 12-silindrli mühərrik dəbdəbəli Mercedes-Maybach modifikasiyasının və ola bilsin ki, zirehli Guard versiyasının imtiyazı olaraq qalacaqdır.

Flaqman sedanının satışlarının əksər hissəsi altı və səkkiz silindrli mühərriklər ilə təchiz edilmiş versiyaların payına düşür. Lakin, xüsusi vergi sistemi olan bazarlar üçün, yeni Mercedes-Benz S-Class modelini daha yığcam güc aqreqatları ilə təchiz etmək də planlaşdırılır. Bu yanaşmanın bariz nümunəsi kimi, Çin bazarı üçün yaradılmış 1,5-litrlik mühərriklə təchiz edilən Mercedes-Benz CLS 260 modelini göstərmək olar. Eyni zamanda, elektrik ötürməsi ilə 100 kilometrə qədər məsafə qət edəcək hibridlərin olacağı da bildirilib.

Bununla yanaşı, sedanın üç uzunluqda təkər bazası təklif olunacağı təsdiqlənib - standart, uzadılmış və Maybach modelləri üçün nəzərdə tutlan ən uzun baza. Sedanın təkərləri arasındakı məsafə təxminən 40 millimetr artacaq, eyniu zamanda, yeni S-Class idarə olunan arxa təkərləri əldə edəcəkdir. Bu, uzunbazalı modifikasiyaların dönmə radiusunu ciddi şəkildə azalatmalıdır.