Orqanizmdə C vitamini çatışmazlığını göstərən


Digərləri 11 İyl 2020 20:20:00 154 0

Orqanizmdə C vitamini çatışmazlığını göstərən

C vitamini orqanizmin sağlam olması, normal çalışması üçün çox önəmlidir. Bu vitamin hər gün lazımı qədər qəbul etmək lazımdır. Çünki başqa vitaminlərdən fərqli olaraq C vitamini orqanizmdə çox uzun zaman qala bilmir. Bəs C vitamininin azlığı, çatışmazlığını necə bilmək olar? 

Diş ətinin şişməsi, qanaması

Son.az e-tibb.az-a istinadən bildirir ki, orqanizm C vitamini çatışmazlığı yaşayırsa, diş əti iltihabının yaranması ehtimalı böyükdür. Diş gigiyenasına əməl etsəniz belə, dişləriniz yenə də şişir və qanayırsa, C vitamini ilə zəngin qidalar qəbul etməyi sınaqdan keçirin. Mütəxəssilər hər yetkin qadın üçün gündə 75 mq, yetkin  kişilər üçün isə gündə 90 mq C vitamini qəbul olunmasını tövsiyə edirlər. Siqaret istifadəçilərində isə bu normaya gündə 35 mq da əlavə olunmalıdır.

Bədəndə göyərmə yaranırsa və hər hansı yara çox gec sağalırsa

Bildirilir ki, bədənin hansısa yeri yaralanır və çox gec sağalarırsa və ya harasa toxunub tez göyərirsə, bu, böyük ehtimalla C vitamini çatışmalığına bir işarədir. Bunu aradan qaldırmaq üçün sitrus meyvələri, eləcə də göyərtiləri müntəzəm olaraq yemək tövsiyə olunur.

Saşlarınız qırılıb tökülürsə

Saşlarınız çox tökülürüsə yenə də qidalara diqqət etməlisiniz. Məsələn, brokoli, kivi yeməklə bunu aradan qalıdırmaq olar.

Tez-tez oynaq ağrılarlınız olursa

Oynaq ağrıları C vitamin çatışmazlığının ən çox yayılan əlamətlərindən biridir. C vitamini çox güclü bir antioksidantdır və onun əskikliyi zamanı iltihaba bağlı olaraq ağrılar yarana bilər. Ona görə də C vitamini ilə zəngin qidalar qəbul etməyi alışqanlıq halına gətirmək lazımdır.

Tez-tez xəstələnirsinizsə

Çox tez-tez qrip olursunuzsa, soyuqdəymə yaranırsa, çox güman ki, immunitetiniz zəifləyib. C vitamini yoluxucu xəstəliklərlə mübarizə aparan ağ qan hüceyrlərinin yaranmasına yardım edir. Ona görə də C vitaminini artıraraq bu durumu aradan qaldıra bilərsiniz.

Səbəb olmadan çəkiniz artırsa