Hyundai Palisade və Genesis GV80 modellərinin istehsalı dayandırılıb FOTO


Digərləri 11 İyl 2020 20:01:00 172 0

Hyundai Palisade və Genesis GV80 modellərinin istehsalı dayandırılıb  FOTO

Hyundai şirkəti Ulsan şəhərindəki zavodda Palisade bayraqdar modelinin və premium Genesis GV80 krossoverinin istehsal edildiyi üç konveyer xəttini dayandırmağa məcbur olub. Səbəb yenə də koronavirusdur. Komplektləşdiricilərin çatışmamazlığı ucbatından Cənubi Koreya istehsalçısı konveyeri pauza rejiminə keçirməli olub.

Pandemiya dövründə Hyundai-Kia konserni buna bənzər problemlərlə tez-tez üzləşməli olub. Belə ki, fevral ayında elektrik naqillərinin çatışmamazlığı şirkəti istehsalı dayandırmağa məcbur etmişdi. Görünən odur ki, avtomobil istehsalçıları belə mürəkkəb şəraitdə hələ uzun müddət fəaliyyət göstərməli olacaqdırlar.

Son.az autograph.az-a istinadən bildirir ki, dünyanın bəzi ölkələrində iqtisadiyyatı tamamilə çökdürməmək üçün məhdudiyyətləri aradan qaldırsalar da, lakin inşanların bir yerdə toplaşması yeni yoluxmalara yol açır. Keçən həftə bir neçə əməkdaşın yoluxması səbəbindən Kia şirkəti iki zavodu dayandırmalı olub.

Qeyd etmək gərəkdir ki, Genesis GV80 modeli konsern üçün çox vacib modellərdən biridir. Artıq koreyalılar yeni modelə 10 mindən çox sifariş toplayıblar. Keçən il Genesis ABŞ-da 21.233 avtomobil satmağa müvəffəq olub.