Ağciyərlərin sağlamlığı üçün bu qidaları qəbul edin


Digərləri 11 İyl 2020 19:35:00 140 0

Ağciyərlərin sağlamlığı üçün bu qidaları qəbul edin

Qızdırma ilə başlayan və quru öskürəklə müşayiət olunan koronavirus epidemiyası dünyada bir çox insanın ölümünə səbəb olub. Bu epidemiya nəticəsində ən çox zərər görən ağciyərlər olur. Bəzi qida məhsulları ağciyərin sağlamlığını qorumağa kömək edir. Koronavirus epidemiyası zamanı bu məhsulların istehlakı xüsusilə vacibdir. Onlar ağciyərin funksiyalarını yaxşılaşdırır, təmizləyir, ağciyər xəstəlikləri zamanı sağalma proseslni sürətləndirir, ağciyəri ağır xəstəliklərin inkişafından qoruyur.

Beləliklə, bu məhsulları sizə təqdim edirik:

Cəfəri Apigenin maddəsi sayəsində cəfəri ağciyərin hüceyrələrini qoruyur, iltihablar və ağciyər xəsrçənginin riskini azaldır.

Kərə yağ Ağciyərin sağlamlığı üçün kərə yağının istehlakı çox vacibdir. Mütəxəssislər ağciyəri respirator və virus xəstəliklərdən qorumaq üçün hər gün səhər yeməyi zamanı 20 qr kərə yağı yeməyi tövsiyyə edirlər.

Sarımsaq Sarımsaq allisin maddəsi ilə zəngindir. Allisin mikrobları öldürür, respirator xəstəliklərinin ehtimalını azaldır. Araşdırmalar göstərir ki, həftədə ən azı 2 dəfə 1 diş sarımsağın istehlakı ağciyər xərçənginin riskini 40% azaldır.

Brokkoli Con Xopkins Tibbi məktəbinin alimləri aşkar ediblər ki, brokkolinin tərkibində olan sulforafan maddəsi ağciyərin təmizlənməsi prosesini stimullaşdırır.