Qida borusu xərçənginin gecikmiş təzahürləri


Digərləri 11 İyl 2020 19:15:00 171 0

Qida borusu xərçənginin gecikmiş təzahürləri

* səsin tutulması * Horner triadası(mioz,psevdoptoz,eqzoftalm) * yerli limfa düyünlərinin böyüməsi * bradikardiya(azan sinirin qıcıqlanması ilə əlaqəli) * öskürək tutması * qusma * trəngnəfəslik * stridoroz tənəfüs Xəstəliyin ümumi simptomlarına aiddir: * ümumi zəiflik * proqressivləşən arıqlama * anemiya Yuxarıda sadalanan simptomlar xəstəliyin gecikmiş və terminal mərhələsinə dəlalət edir.Düzgün diaqnostika məqsədilə qida borusu xərçənginin atipik formalarına fikir vermək lazımdır.Atipik formalara aşağıdakılar aiddir: Qida borusu forması - disfaqiya,qida borusu ilə hərəkət zamanı ağrı ilə xarakterizə olunan və ən çox rast gələn forma Qastritik forma - xroniki qastrit əlamətləri verir.Xəstələrdə qıcqırma,ürəkbulanma,gəyirmə,qusma ilə təzahür edir. Nevralgik forma - boyun,çiyin və onurğada ağrıların olması ilə müşayət edilir. Ürək forma - xəstəliyin klinikasinda ürək nahiyədə ağrılarla özünü biruzə verir. Larinqotraxeal forma - səsin karlaşması,batması,hürücü öskürəklə müşayət edilir. Plevropulmanol forma - özünü təngnəfəslik,öskürək və boğulma tutmaları ilə göstərir. Qarışıq forma - müxtəlif formaların təzahürlərini özündə birləşdirir. Qida borusu xərçənginin diaqnozunun dəqiqləşdirilməsi qida borusunun rentgenoskopiyası və məqsədli biopsiya ilə ezofaqskopiyanın köməyi ilə aparılır. Qida borusunun xərçəngi aşağıdakı əlamətlərlə özünü biruzə verir: - qida borusunda dolma defekti - qida borusunda peristaltikanın olmaması - qida borusunun relyefinin pozulması - qida borusunun konturlarının deformasiyası Şişin qonşu orqanlara yayılmasını bilmək üçün rentgenoqrafiyanın və kompyuter qrafiyasının nəticələri əsas götürülür. Qida borusunun xərçənginə şübhəli olan hər bir kəs mütləq ezofaqoskopiya edilməlidir.