Aparıcı modelin çılpaq şəklini təsadüfən milyonlarla tamaşaçıya göstərdi


Digərləri 11 İyl 2020 18:24:00 168 0

Aparıcı modelin çılpaq şəklini təsadüfən milyonlarla tamaşaçıya göstərdi

ABŞ-ın "Fox News" telekanalının aparıcısı Janin Pirro özünün "Twitter" hesabında qoruyucu maskada olan şəklini paylaşarkən təsadüfən həmkarı və məşhur model Krissi Teyqenin çılpaq şəklini nümayiş etdirib.

Son.az oxu.az-a istinadən bildirir ki, foto Pirronun masanın üzərinə qoyduğu telefonunun açıq ekranında görünüb.

Paylaşımı ilk görən elə Teyqen özü olub. O, Pirronun tvitini paylaşaraq "Janin, nəyə görə mənim çılpaq görüntüm sənin ekranındadır?", - deyə soruşub.

Pirronun özü hadisə ilə bağlı hələlik açıqlama verməyib.