Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub


Dünya 11 İyl 2020 18:09:00 160 0

Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub

Qırğızıstanda ötən sutka ərzində koronavirusa daha 552 nəfər yoluxub.

Son.az Trend-ə istinadən bildirir ki, bu yoluxmalardan 314-ü paytaxt Bişkekdə qeydə alınıb.

Bu günədək Qırğızıstanda koronavirusa yoluxanların ümumi sayı 9 910 nəfərə çatıb.

Ötən gün koronavirusdan 3 nəfər ölüb, 102 nəfər sağalıb, ölənlərin ümumi sayı 125 nəfər, sağalananların ümumi sayı isə 3 236 nəfərdir.