Şüyüdün orqanizmə faydaları nələrdir?


Digərləri 11 İyl 2020 17:42:00 169 0

Şüyüdün orqanizmə faydaları nələrdir?

Yeməyə xüsusi dad və ləzzət vermək üçün salat, tərəvəz, ət və balıq yeməklərinə əlavə edilən şüyüd süfrələrdə ən çox istifadə olunan göyərtilərdəndir.

Son.az Axar.az-a istinadən bildirir ki, şüyüdün tərkibində B və C vitaminləri, fol turşusu və kalsium, kalium, fosfor və dəmir duzları var. Ondan istifadə edilməsi görmə qabiliyyətinə faydalı təsir edir, sinir sisteminin fəaliyyətini gücləndirir.

Şüyüdün cəfəri kimi kəskin qoxusu yoxdur və xoş dadı var. Onun qəbul edilməsi iştahanı artırır və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Bitkinin heyrətamiz bir xüsusiyyəti də körpələrdə qarın problemini aradan qaldırmasıdır. Bunun üçün süd verən anaların onu öz menyusuna əlavə etməsi lazımdır.

Bundan əlavə, göyərti maddələr mübadiləsini yaxşılaşdırır. Artıq çəki problemi zamanı da onun rasiona əlavə edilməsi müsbət nəticələr verir. Şüyüd infeksiya ilə mübarizədə də təsirli vasitədir, ona görə sistit və böyrək xəstəlikləri zamanı ondan istifadə məsləhətdir.

Qıcıqlanmış dərini sakitləşdirdiyinə və iltihabı aradan qaldırdığına görə ev şəraitində kosmetoloji vasitə kimi də istifadə olunur.