ABŞda 66 mindən çox yoluxma qeydə alındı


Dünya 11 İyl 2020 17:21:00 157 0

ABŞda 66 mindən çox yoluxma qeydə alındı

ABŞ-da koronavirusa yoluxma sayına görə növbəti dəfə rekord qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, ötən sutka ölkədə 66,6 mindən çox şəxs koronavirusa yoluxub.

Bir gün əvvəl bu rəqəm 63,2 mindən çox idi. Bundan başqa, daha 802 xəstə həyatını itirib.

Bu günədək ABŞ-da koronavirusa yoluxanların sayı 3,3 milyon nəfəri keçib. 137 minə yaxın xəstə vəfat edib.