ABŞdan İran qərarı:


Dünya 11 İyl 2020 16:54:00 173 0

ABŞdan İran qərarı:

ABŞ məhkəməsi 1996-cı ildə Səudiyyə Ərəbistanının "Xobar Tovers" (Khobar Towers) yaşayış kompleksindəki teraktda öldürülən Amerika hərbçilərinin ailələrinə İranın 879 milyon dollar kompensasiya ödəməsi barədə qərar qəbul edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "Eyr Fors Tayms" qəzeti yayıb.

Bildirilib ki, məhkəmə Tehranın 14 hərbçi və onların 21 ailə üzvünə kompensasiya ödənilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, "Xobar Tovers"də baş verən terakt zamanı 19 hərbçi həlak olmuş, 500 nəfər yaralanmışdı.

Son.az