XANIMLAR, DİQQƏT!


Digərləri 11 İyl 2020 16:33:00 178 0

XANIMLAR, DİQQƏT!

Xanımlar yayda meyvə, tərəvəzin bol olduğu mövsümdə qış tədarükü etmək üçün hazırlıqlar edirlər. Onlar qışa tədarük görürlər ki, mövsümün eyni yeməkləri onları bezdirməsin. Soyuq dönəmdə, xüsusən qış fəslində yeməklərimizə turşuların (şorabaların, tutmaların) xüsusi dad verdiyini yəqin ki, heç kəs inkar etməz. Düzdür, indi bir çoxları həmin məhsulları dükandan almağa üstünlük verirlər, amma ev şəraitində hazırlanan qidanın yerini heç nə vermir. Nəzərə alsaq ki, karantin rejimidir və bu işləri görmək üçün bol vaxtımız var, elə isə iş başına.

Bəs qışa tədarük edərkən nələrə diqqət etmək lazımdır? Hazırlanan məhsulun uzun müddət qalması və zərərsiz olması üçün nələr etməliyik?

Son.az Lent.az-a istinadən bildirir ki, bütün bunlara qida texnoloqu Ağa Salamov aydınlıq gətirdi. Əvvəlcə o bizə mürəbbə və turşunun hazırlanmasının düzgün qaydasını izah etdi: