Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı


Digərləri 11 İyl 2020 16:28:00 161 0

Koronavirusdan sonra ən çox rast gəlinən fəsadlar açıqlandı

COVID-19-dan sağalan insanlarda ən geniş yayılan fəsadlar ağciyərlərin və ürəyin zədələnməsidir. Bu mənada ən çox rast gəlinən fəsad miokarditdir.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Rusiya Federasiyası Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko bildirib.

Onun sözlərinə görə, koronavirusu ağır keçirən xəstələrin bərpa prosesinə ehtiyacı var.

"Bədənin tükənməsi səbəbindən bu insanlar üçün böyük fiziki fəaliyyətlər ilkin mərhələdə mümkün olmayacaq", - deyə, o əlavə edib.