Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq


Dünya 11 İyl 2020 15:39:00 173 0

Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq

Özbəkistan hökuməti iyul ayının sonunadək həftəsonu günlərində özünütəcrid rejimini tətbiq edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlər Kabinetinin qərarında deyilir.

Qərara əsasən, həmin günlərdə avtomobil nəqliyyatının hərəkəti də dayandırılır.

Qeyd olunur ki, bu qərar ölkədə koronavirusa yoluxma sayının artması ilə əlaqədar qəbul edilib. Ötən gün 438 yoluxma qeydə alınıb ki, bu indiyədək ən yüksək göstərici olub. Son dörd gün ərzində ölkədə yoluxma sayı artmaqda davam edib.

Bu günədək Özbəkistanda 12 206 nəfər koronavirusa yoluxub, 55 nəfər ölüb.