Koronavirusun ağır gedişatını proqnozlaşdırmağın yolları açıqlanıb


Dünya 11 İyl 2020 14:43:00 118 0

Koronavirusun ağır gedişatını proqnozlaşdırmağın yolları açıqlanıb

Xəstədə koronavirus infeksiyasının ağır gedişatı ehtimalını qiymətləndirmək üçün xəstəliyin başlanğıcında iki test aparılmalıdır.

Söhbət PZR (xəstəliyi oyadan genomunu göstərən polimeraz zəncirvari reaksiya) və İFA-dan (immunoferment analiz və ya anticism üçün analiz) gedir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Çinin Hubey əyalətində Elm və İncəsənət Universitetinin alimləri bildiriblər.

Araşdırmalar zamanı xəstəliyin ağır mərhələsində olan pasiyentlərdə bədənin infeksiyaya qarşı mübarizə aparmasına imkan verən IgM tipli anticismlərin gec istehsal edildiyi qənaətinə gəlinib. Bu anticismlər koronavirus xəstələri üçün tipikdir, lakin test onları yoluxmuşların yalnız 82,2 faizində aşkar edir. Qalanları isə xəstəliyi daha ağır keçirir və intensiv terapiya palatasına yerləşdirilirlər.

Beləliklə, COVID-19-un ağır gedişatını ardıcıl olaraq iki testi keçirməklə proqnozlaşdırmaq olar: İnfeksiyanın mövcudluğunu, daha sonra isə ona qarşı anticismlərin olub-olmamasını müəyyən etməklə.