Məşhur müğənni koronavirusdan sağaldı: “Bazar ertəsi evə buraxılacağam”


Digərləri 11 İyl 2020 15:00:00 128 0

Məşhur müğənni koronavirusdan sağaldı: “Bazar ertəsi evə buraxılacağam”

Rusiyalı müğənni Anita Tsoy koronavirusdan sağalıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu məşhur ifaçı "Instagram" səhifəsində yazıb:

"Artıq verdiyim testin analizi neqativ çıxıb. Sabah KT-dən (kompüter tomoqrafiyası) keçiriləcəyəm və qan analizi verəcəyəm. Hər şey yaxşı olsa, bazar ertəsi xəstəxanadan evə buraxılacağam".

Qeyd edək ki, ata tərəfdən koreyalı, ana tərəfdən özbək olan, ancaq Moskvada doğulmuş 49 yaşlı müğənni iyunun sonunda xəstəxanaya yerləşdirilmişdi.