Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir


Digərləri 11 İyl 2020 14:13:00 135 0

Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir

Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkədə qalan vətəndaşlarımızın növbəti təxliyəsini həyata keçirəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, Gürcüstandan təxliyə olunacaq 200-dək Azərbaycan vətəndaşı Tbilisidə koronavirusla bağlı test olunurlar.

Azərbaycanın Gürcüstandakı Səfirliyindən bildirib ki, yoxlama prosesi Gürcüstan Səhiyyə Nazirliyinin rəsmi lisenziyası əsasında fəaliyyət göstərən tibbi laboratoriyada həyata keçirilir.

Nəticələr iyulun 12-də məlum olacaq və Azərbaycanın Gürcüstandakı səfirliyinə təqdim ediləcək. COVID-19 aşkarlanmayan şəxslərə xüsusi arayış veriləcək. Azərbaycan vətəndaşlarının təxliyəsi iyulun 13-nə təyin olunub. Onlar avtobuslarla Azərbaycan səfirliyinin binası qarşısından "Qırmızı körpü" sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.