Ucarda qardaşlar birləşib əmini öldürdü


Digərləri 11 İyl 2020 13:55:00 178 0

Ucarda qardaşlar birləşib əmini öldürdü

Ucar sakini balta ilə qətlə yetirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bərgüşad kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Asif və Vasif Abbasov qardaşları birləşərək əmləri 1969-cu il təvəllüdlü Abbasov Bayram Ata oğlunu balta ilə öldürüblər.

Hər iki qardaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.