Bundan sonra dayanmadurmaya görə DYP də cərimə yazacaq


Digərləri 11 İyl 2020 13:17:00 135 0

Bundan sonra dayanmadurmaya görə DYP də cərimə yazacaq

Qanuna edilən dəyişikliyə görə, dayanma və ya durma qaydalarını pozmağa görə nəzarəti həm də Dövlət Yol Polisi həyata keçiricək.

Son.az Trend-ə istinadən bildirir ki, dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində öz əksini tapıb. Dəyişikliyə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzarət edəcək.

Bu qurumlardan qayda pozuntusunu ilkin aşkar edən qayda pozan sürücünü məsuliyyətə cəlb edə biləcək.

Qanuna uyğun olaraq evakuasiya xidmətini də hər iki qurum göstərəcək. Belə ki, əgər sürücü dayanma-durma qaydalarının pozubsa, tıxac yaranmasına və digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə əngəl yaradırsa, onu cərimə edən qurum tərəfindən də evakuasiya olunacaq.