“Sumqayıt Texnologiyalar Parkı”nın Baş direktoru işdən azad olunub


Digərləri 11 İyl 2020 13:19:00 169 0

“Sumqayıt Texnologiyalar Parkı”nın Baş direktoru işdən azad olunub

"Sumqayıt Texnologiyalar Parkı" MMC-nin Baş direktoru Emin Məmmədov işdən azad olunub.

MMC-dən Son.az-a verilən məlumata görə, E.Məmmədov öz xahişi ilə iyulun 17-dən etibarən tutduğu vəzifədən azad olunacaq.

Müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur.

Son.az