Arvadları min oyundan çıxan DÖVLƏT RƏHBƏRİ


Digərləri 11 İyl 2020 11:43:00 153 0

Arvadları min oyundan çıxan DÖVLƏT RƏHBƏRİ

13 oktyabr 54-cü ildə imperiyanın sərhədlərini Şimali Afrikaya qədər genişləndirmiş, Britaniyanı öz əyaləti elan etmiş Roma imperatoru Klavdiy zəhərlənərək öldürülüb.

Son.az şanssız, üçüncü arvadı tərəfindən sui-qəsdə məruz qalan, nəticədə dördüncü arvadı tərəfindən zəhərlənərək öldürülən imperator Klavdiyin həyat, daha doğrusu, ölüm hekayəsini dəyərli tarix oxucularına təqdim edir:

GÖZLƏNİLMƏDƏN NƏSİB OLAN İMPERATORLUQ

Klavdiy eramızdan əvvəl 10-cu ildə Qalliyada doğulub. Uşaqlığından bəri tarixlə yaxından maraqlansa da, hələ siyasətin içərisinə daxil ola bilməmişdi. İlk dəfə qardaşı oğlu Kaliqula ilə birlikdə konsul olaraq rəhbərliyə qatılır. Kaliqula Tiberinin vəsiyyəti ilə imperator olmuşdu. Klavdiy isə bütün dövlət vəzifələrindən uzaq tutulurdu. Fiziki və ruhi narahatlıqları ona bu işdə mane olur, o dövrdə kimsə Klavdiyin imperator ola biləcəyini ağlının ucundan belə keçirmirdi.

Klavdiy özünü elmi araşdırmalara həsr etmişkən, imperator Kaliqulanın sərt və zalım tətbiqləri əksər əhalini narahat etməyə başlamışdı. Sonda Kaliqula sui-qəsd nəticəsində həyatını itirdi. Kaliqulanın öldürüldüyü zaman Klavdiy onu da öldürəcəkləri düşüncəsi ilə sarayda pərdənin arxasında gizlənmişdi. Halbuki əsgərlər onu öldürmədilər və Klavdiyi yeni imperator elan etdilər. Beləliklə, insanların heç əhəmiyyət vermədiyi adam birdən-birə Roma imperatoru oldu.

Hətta Dahi filosof Seneka Klavdiyin ölümünə parodiya da yazmışdı və onu balqabağa bənzədərək, ağılsızlığın simvolu adlandırmışdı.

Açığı, belə qiymətləndirilmə Klavdiyin dövlət əməlləri ilə uyğun gəlmir. O, imperiyanın sərhədlərini xeyli genişləndirdi, imperator dəftərxanasını yaratdı, 72 kilometrlik məşhur "Klavdiy" su kəmərini tikdi, başqa xalqların nümayəndələrini Senata buraxdı.

4 UĞURSUZ EVLİLİK VƏ QADIN ƏLİNDƏN ÖLÜM

Seneka başqa nəsnəni nəzərdə tuturdu. İmperatorun tamamilə anlamadığı, axmaqlıq etdiyi və fiaskoya uğradığı məqam məhz qadınlarla bağlı idi. Əgər üçüncü arvadı Messalinanın sui-qəsdindən şübhələnərək, onu dəf edə bilmişdisə, dördüncü arvadı - öz qardaşı qızı Aqrippinaya o qədər etibar edirdi ki, onun birinci nikahdan olan oğlu Neronu öz varisi elan etmişdi. Bu mənada, doğma oğlunu hakimiyyət hüquqlarından məhrum etmişdi.

Aqrippinaya bu az gəlir: o, Klavdiy fikrini dəyişə bilməsin deyə, yeməyinə zəhər qataraq imperatoru öldürür.

O dövrün tarixçisi Tatsitin qeydlərinə görə, dəfn zamanı onun varisi Neron Klavdiyi müdriklik və ehtiyatlılıq allahı adlandıranda, heç kəs istehzalı təbəssümü gizlədə bilməmişdi...

Klavdiy 4 dəfə evli olub və bütün nikahlar uğursuz idi. Onun birinci arvadı - Plavtiya Urqulanilla - etrusk nəsilindən idi. Hesab edilir ki, əsasən o, imperatoru qabaqcıl sivilizasiyanın qədim ənənələri və etrusk dili ilə tanış edib. Klavdiy öz arvadını sevirdi, amma onunla boşanmağa məcbur idi: Plavtiya ona xəyanət edirdi...