Qəbələdə vurulan piyada öldü


Digərləri 11 İyl 2020 10:43:00 148 0

Qəbələdə vurulan piyada öldü

Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Son.az xəbər verir ki, qəza Hacallı kəndi ərazisində qeydə alınıb. 

Böyük Əmilli kənd sakini R.Məhərrəmov idarə etdiyi "VAZ-21093" markalı avtomobillə yolu keçən Bayramkoxa kənd sakini Eyyub Rəsulovu vurub. 

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.